Nazlı ana

Xəbərlər

“Nazlı Ana” Xeyriyyə Təşkilatından Qurban Bayramı sovqatı
01 / 08

“Nazlı Ana” Xeyriyyə Təşkilatından Qurban Bayramı sovqatı

“Nazlı Ana” Xeyriyyə Təşkilatının əməkdaşları müqəddəs Qurban Bayramı münasibətilə Xəzər rayonu Buzovna qəsəbəsi və Binəqədi rayonunda yaşayan bir qrup şəhid ailəsini ziyarət ediblər. Görüşlərdə dövlət tərəfindən bu qəbildən olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülmüş işlər, həmçinin vətəndaş cəmiyyətləri tərəfindən proseslərə verilən töhfələr, təşkilatın fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə məlumat verilib, ailələrin ehtiyacları qeydə alınıb. Tədbir çərçivəsində şəhid ailələrinə Qurban bayramı sovqatları paylanıb. 

 2024-cü ildən fəaliyyət göstərən “Nazlı Ana” Xeyriyyə Təşkilatı mərhəmət, həmrəylik və sosial məsuliyyət prinsipini əsas tutaraq cəmiyyətin həssas təbəqələrinə hər zaman dəstək olur. Təşkilat aztəminatlı ailələrə dəstək olmaq, qızların təhsil imkanlarını artırmaqla bərabər ictimaiyyətin diqqətini xüsusi qayğıya ehtiyacı olan insanlara yönəltməyi hədəfləyir.

Hazırda “Nazlı Ana” Xeyriyyə Təşkilatı fəaliyyət sahəsini genişləndirərək, müxtəlif sosial layihələr və yardım kampaniyaları həyata keçirməyə davam edir.

Nazlı Ana - Mərhəmət və sabaha qayğı ilə.