Nazlı ana

Təhsil haqqı üçün müraciət forması

Nazlı Ana Fondunun Təqaüd Proqramı aztəminatlı ailələridən olan qızların təhsil imkanlarının genişləndirilməsi üçün yaradılıb.

Təqaüd proqramına müraciət üçün uyğunluq tələbləri aşağıdakılardır:

  1. Azərbaycan vətəndaşı olmaq;
  2. Aztəminatlı ailədən olmaq (məs., Qarabağ müharibəsindən zərər çəkmiş ailələr, az gəlirli ailələr, tək-valideynli və ya hər iki valideyni olmayan qızlar, ucqar ərazilərin sakinləri, sağlamlıq imkanları məhdud olan və s.);
  3. Azərbaycanda hər hansı bir ali təhsil müəssisəsində ödənişli əsaslarla tələbə olmaq;

Seçim prosesi:

Təqaüdçülər Nazlı Ana Xeyriyyə təşkilatının xüsusi komissiyası tərəfindən seçiləcək. Ərizələr həm ehtiyac, həm də göstərilən motivasiya (təhsil məqsədləri, gələcək karyera planları, ictimai fəallıq) baxımından qiymətləndiriləcək.

Seçim prosesi üç mərhələdən ibarətdir:

  1. Ərizə formalarının qəbulu və ərizələrə ilkin baxış
  2. Komissiya tərəfindən ərizələrin qiymətləndirilməsi
  3. Canlı müsahibələr.

Müraciət forması

Şəxsi məlumatlar

Sosial şəbəkə hesabları (profilinizə keçidi buraya yerləşdirin)

Əlaqə vasitələri

Ailə üzvləri barədə məlumat

Ailənin borc və ya kredit öhdəliyi varsa

Təhsil məlumatları

Təhsil və həyat planlarınızı bizimlə bölüşün

Zəhmət olmasa, ərizənizi gücləndirə biləcək sənədləri (transkripti, diplom , sertifikatlar və s.) əlavə edin.