Nazlı ana

Məxfilik siyasəti

“Nazlı Ana Xeyriyyə Təşkilatı” İctimai Birliyi  

Ümumi müddəalar

Bu məxfilik siyasəti “Nazlı Ana Xeyriyyə Təşkilatı”  İB (bundan sonra “Təşkilat” adlandırılacaq) fəaliyyəti üzrə xidmətlərin təqdim edilməsi üçün hazırladığı “nazliana.org” platformasının (bundan sonra “Platforma” adlandırılacaq) və Təşkilatın internet saytının istifadəçilərinin və ziyarətçilərinin fərdi məlumatlarının toplanılmasını, istifadə edilməsini, saxlanılmasını və Təşkilat tərəfindən necə qorunmasını tənzimləyir. 

Bu Məxfilik siyasəti Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununa və digər müvafiq qanunvericilik aktlarına istinadən hazırlanmışdır. 

Təşkilat Platformanın və internet səhifəsinin istifadəçiləri və ziyarətçilərinin fərdi məlumatlarının işlənilməsi üzrə müvafiq qanunvericiliyə əsasən məsuliyyət daşıyır.

Təşkilatın fərdi məlumatları işləməkdə məqsədi

Təşkilat fərdi məlumatları kontekstinə uyğun olaraq xidmətlərin təqdim edilməsi və öhdəliklərinin icrası məqsədi ilə işləyir. Qanunvericilikdə nəzərdə tutulmamış məqsədlər üçün istifadə etmək niyyətində deyil və bununla bağlı məsuliyyət daşıyır. 

Fərdi məlumatların toplanması

Təşkilat fərdi məlumatları birbaşa və ya müvafiq qanunverilikdə nəzərdə tutulmuş şəkildə fərdi məlumatın istifadəçilərin razılığı ilə toplayır. Toplanılan məlumatlar aşağıdakılardır;

  1. Ad, elektron poçt, telefon, ünvan və ödəniş məlumatları (donorlar üçün) və.s .
  2. Sistemə quraşdırılmış “Google Analytics” aləti vasitəsi ilə ziyarətçilərə məxsus “İP address”ləri xidmət səviyyəsinin artırılması və sistemin istifadəçi təcrübələrinə uyğunlaşdırılması məqsədi ilə əldə edilir.

İstifadə edilmiş əsas anlayışlar

Bu Məxfilik siyasətində aşağıda qeyd edilmiş əsas anlayışlar istifadə edilmişdir. Qeyd edilməmiş əsas anlayışlar müvafiq qanunvericilikdə nəzərdə tutulmuş şəkildə istifadə edilmişdir.

Fərdi məlumatlar – şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat

İstifadəçi – barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs

Əməliyyat –  Platforması üzərindən təqdim edilən xidmətlərdən istifadə etmək məqsədi ilə tərəflərin sorğusu üzrə icranın həyata keçirilməsi

Partnyor – Platformasında təqdim edilən xidmətlərin göstərilməsi üçün təchizatçı funksiyasını həyata keçirən tərəf

Son istifadəçi – Platforma vasitəsilə qeydiyyatdan keçmədən ödənişləri və digər əməliyyatları həyata keçirən tərəf

Operator – tərəflərin adından Platforma vasitəsilə əməliyyatlar həyata keçirən tərəf

Fərdi məlumatların toplanılması və işlənilməsi

Təşkilat tərəfindən məlumatların toplanılması və işlənilməsi Platformasındakı istifadəçi roluna və aparılan əməliyyatlara uyğun olaraq həyata keçirilir. Məlumatların toplanması məqsədi aşağıdakılardır:

  1. Yardım göstərilməsi və əlaqə üçün;
  2. İanələrin qeydiyyatı və hesabatlılıq;
  3. Könüllülərlə əlaqələndirmə;
  4. Web saytın təkmilləşdirilməsi və statistik analiz;

Son istifadəçilər ilə bağlı Təşkilat tərəfindən birbaşa olaraq hər hansısa bir fərdi məlumat əldə edilmir.

Fərdi məlumatların saxlanılması və mühafizəsi

Toplanılan fərdi məlumatlar müvafiq qanunvericiliyə əsasən mühafizə edilərək qanunvericiliyə əsasən minimum 5 il olmaqla mümkün olan ən uzun müddətdə saxlanılır. Təşkilat aidiyyəti tərəflərin nəzarətində fəaliyyət göstərir və ən yaxşı təcrübələrə əsaslanan texniki infrastruktur, informasiya təhlükəsizliyi və digər idarəetmə sistemlərini tətbiq edir. Təşkilat fəaliyyətinin uyğunluğunun göstəricisi olan sənədləri rəsmi internet səhifəsində ayrılmış hissədə paylaşır.

Fərdi məlumatların ötürülməsi

Fərdi məlumatların xidmətlərin göstərilməsi məqsədi ilə istifadəçi ilə razılaşdırılmaqla Partnyorlara ötürülməsi istisna edilmir. Hər bir halda məlumatların ötürüldüyü şəxslərin həmin məlumatların mühafizəsinə dair öhdəlikləri qəbul etmələri təmin olunur, eləcə də müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla üçüncü tərəflərə ötürülməyəcəyi ilə bağlı Təşkilat tərəfindən zəmanət verilir. 

Fərdi məlumatların arxivləşdirilməsi və məhv edilməsi

Fərdi məlumatların arxivləşdirilməsi və məhv edilməsi Təşkilat tərəfindən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən həyata keçirilir. 

Fərdi məlumatların məhv edilməsinə dair Fərdi məlumatların subyekti tərəfindən tələb daxil olduqda və bu mümkün olduqda Təşkilat tərəfindən həyata keçirilir və bu tələbin icrası ilə bağlı Təşkilat məsuliyyət daşıyır, yaxud bu tələbdən imtinaya dair əsaslandırılmış cavab verilir. 

Təşkilatin Məxfilik siyasətinin yenilənməsi 

Təşkilatın Məxfilik siyasəti daim yenilənir və düzəlişlər, əlavələr olunduqca bütün tərəflər Platforma vasitəsilə bildirişlər yolu ilə məlumatlandırılır və istifadəçilərin yenilənmiş siyasət sənədindən xəbərdar olmaları təmin edilir. Yenilənmiş versiya “Yenilənib” tarixini göstərərək təqdim ediləcəkdir.

İstifadəçi hüquqları

  1. Fərdi məlumatlarının toplanmasına icazə verməmək;
  2. Artıq toplanmış məlumatlarda düzəliş etmək;
  3. Artıq toplanmış məlumatların məhv edilməsini tələb etmək;
  4. Fərdi məlumatların mühafizəsi ilə bağlı Təşkilata şikayət ünvanlamaq və bu siyasətdə göstərilmiş mövzular ilə bağlı Təşkilatdan ətraflı məlumat almaq hüququ var. 

Əlaqə

Fərdi məlumatların mühafizəsi ilə bağlı Təşkilata şikayət ünvanlamaq məqsədi ilə aşağıda qeyd edilmiş vasitələrə müraciət edə bilərsiniz:

 Elektron poçt ünvanı: [email protected]

 Əlaqə nömrəsi:  (+994 12) 311 41 27