Qurban bayramı münasibətilə Bakı və Xırdalan şəhərlərində yaşayan bir qrup aztəminatlı ailələrlə görüşlər keçirilib.
Qurban bayramı münasibətilə Nazlı Ana Fondu tərəfindən Bakı və Xırdalan şəhərlərində yaşayan bir qrup aztəminatlı ailələrlə görüşlər keçirilib. Tədbir çərçivəsində hər bir ailəyə bayram sovqatı təqdim olunub. Tədbirdə Nazlı Ana Fondunun fəaliyyəti, həyata keçirilmiş layihələr barədə məlumat verilib. Bildirilib ki, 2024-cü ildə yaradılan Nazlı Ana Xeyriyyə Təşkilatı təhsilə çıxışı məhdud olan gənclərə, əsasən də qızlara dəstək göstərir, eyni zamanda, ağır xəstəliklə üzləşən və müalicəyə ehtiyacı olan insanlara yardım layihələri həyata keçirir. Məqsədimiz aztəminatlı ailələrə birlikdə dəstək göstərmək, onların həyat şəraitini yaxşılaşdırmaq, cəmiyyətin diqqətini bu qəbildən olan insanlara yönəltməkdir.
Fondun xeyriyyə tədbirlərinə ianə etmək istəyən vətəndaşlar və korporativ müştərilər ianəni buradan edə bilərlər.
Nazlı Ana - Mərhəmət və sabaha qayğı ilə.