Nazlı ana

Kartla

Kartla Hədiyyə Bank
10 ₼
25 ₼
50 ₼
75 ₼
100 ₼

Mənim ianəm necə və hara sərf olunur?

Sizin ianəniz aztəminatlı əhali qrupunun sosial müdafiə, təhsil, məşğulluq məsələlərinin təminatı istiqamətində maddi və mənəvi dəstək tədbirlərinin təşkilinə sərf edilir.

Toplanan hər bir ianə şəffaf şəkildə aşağıda qeyd olunan sahələrə xərclənir:

  • Təhsilə dəstək: Ehtiyacı olan şəxslərin təhsilinin davam etdirilməsinə, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına (qızların ali təhsil almaları, məktəblillərə və abituriyentlərə dəstək və s.) maddi yardım edirik.
  • Tibbi dəstək: Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərin dərman vasitələrinin təminatı, ağır xəstəliklərə düçar olan kimsəsiz və imkansız insanlara tibbi dəstək tədbirlərinin təşkili üçün maddi və mənəvi köməklik göstəririk.

Nə üçün ianə etməliyəm?

İanə etmək yalnız maddi dəstək göstərmək deyil, həm də insanlara olan sevgi və mərhəməti bölüşməkdir. Siz aztəminatlı ailələrin, kimsəsizlərin, köməyə ehtiyacı olan insanların sosial müdafiəsinə maddi və mənəvi yardım göstərməklə sağlam gələcəyin qurulmasına töhfə verirsiniz. Bizim- xeyirxahlıq edən insanların- ailə üzvünə çevrilirsiz. Çünki, burada bizi bir dəyər birləşdirir. Ehtiyacı olan insanları qayğı ilə əhatə etmək, sabaha daha inamla baxmaqlarına dəsstək olmaq. Bu missiyanı paylaşmaqla ətrafımız daha da genişlənir.

  • Kiçik ianələr insanların həyatını xilas edir: Köməyə ehtiyacı olan ailələrə, uşaqlara və xəstələrə göstərilən hər bir diqqət insanların sabaha, yaşamağa olan ümidini artırır. İanənin məbləği önəmli deyil, vacib olan nəcib missiyaya dəstək verən insanların sayının artmasıdır.
  • Xeyirxahlıq paylaşdıqca çoxalır: Xeyirxahlıq ətrafımızdakılara qarşı diqqət, qayğı və təmənnasız sevginin göstəricisidir. Yardım etmək, mərhəmət göstərmək başqalarının ağrısını daxilən hiss etməkdir.
  • Təhsilə dəastə vermək: Savadlı gənclər sabaha olan ümidlərimizdir. Biz ehtiyacı olan insanlara birdəfəlik yardımlardan daha çox miqyaslana bilən layihələrə üstünlük veririk. Gələcəkdə uğur sahibi olmaq istəyən gənclərimizə həyat yollarında bugündən təkan veririk.
  • Şəffaflıq əsas prinsipimizdir: Sizin ianəniz bizim üçün çox önəmlidir. Toplanan ianələr nəticəsində həyata keçirilən xeyriyyə işləri hər ay təqdim etdiyimiz hesabatda əks olunur. Toplanan vəsaitlərin hara və necə xərcləndiyini sizinlə şəffaf şəkildə bölüşürük.

Siz də ianə edərək insanların həyatını müsbətə dəyişin. İnsanların taleyində unudulmaz yaxşılığın səbəbkarı olun.