Sizin ianəniz aztəminatlı əhali qrupunun sosial müdafiə, təhsil, məşğulluq məsələlərinin təminatı istiqamətində maddi və mənəvi dəstək tədbirlərinin təşkilinə sərf edilir.
Toplanan hər bir ianə şəffaf şəkildə aşağıda qeyd olunan sahələrə xərclənir:
İanə etmək yalnız maddi dəstək göstərmək deyil, həm də insanlara olan sevgi və mərhəməti bölüşməkdir. Siz aztəminatlı ailələrin, kimsəsizlərin, köməyə ehtiyacı olan insanların sosial müdafiəsinə maddi və mənəvi yardım göstərməklə sağlam gələcəyin qurulmasına töhfə verirsiniz. Bizim- xeyirxahlıq edən insanların- ailə üzvünə çevrilirsiz. Çünki, burada bizi bir dəyər birləşdirir. Ehtiyacı olan insanları qayğı ilə əhatə etmək, sabaha daha inamla baxmaqlarına dəsstək olmaq. Bu missiyanı paylaşmaqla ətrafımız daha da genişlənir.
Siz də ianə edərək insanların həyatını müsbətə dəyişin. İnsanların taleyində unudulmaz yaxşılığın səbəbkarı olun.