“Nazlı Ana” Fondu 2024-cü ilin sonlarında yaradılıb. Məqsədimiz təhsilə çıxışı məhdud olan gənclərə dəstək göstərmək, əsasən təqaüd proqramları, təhsil haqqlarıının ödənilməsi kimi layihələri maliyələşdirməkdir. Eyni zamanda, ağır xəstəliklə üzləşən və müalicəyə ehtiyacı olan insanlara yardım da fəaliyyətimizə daxildir. Missiyamız xeyriyyəçilik ənənələrini inkişaf etdirmək, bu nəcib layihələrdə daha çox insanın iştirakına nail olmaq, miqyaslanmaqdır.
Təşkilatımızda bir neçə müstəqil komissiyalar var. Hər yığılan ianənin, hər xərclənən manatın ciddi hesabatı aparılır. Maliyələşmiş layihələr barədə hesabatlar müntəzəm olaraq saytımızda dərc edilir, məlumatlar üzvlərimizə göndərilir. Vəsaitlərin hara xərclənəcəyi, prioritet istiqamətlərin müəyyən edilməsi kimi vacib qərarlar isə xüsusi yaradılmış və müstəqil daimi üzvlərdən ibarət olan Müşahidə Şurasında verilir. İanə edən istənilən üzvlərin bu məlumatlara əlçatanlığı təmin edilir.
İanə etmək üçün aşağıdakı vasitələrlə ödəniş edə bilərsizniz:
• MilliÖn ödəniş terminalları
• Sayt üzərindən elektron qaydada ödəniş
• Bank hesabına köçürmə
• Sayt vasitəsilə Hədiyyə kupunları
Xeyr, təşkilatımız yalnız ölkə daxilində, yardıma ehtiyacı olan insanlara kömək etmək məqsədilə sosial yardım layihələri həyata keçirir.
Yardımların təsirli, effektiv və şəffaf olmasını təmin etmək üçün hər bir yardım proqramımız dəqiq müəyyən edilmiş seçim kriteriyalarına malikdir. Sayt üzərindən ‘Müraciə et’ bölməsi məhz bu məqsədlə yaradılıb. Elektron müraciət qəbul edildikdən sonra Fondun Müşahidə Şurası tərəfindən qərar verilir. Bu barədə hər bir müraciət edən şəxsə məlumat göndərilir. Ehtiyac yarandığı halda müraciət etmiş şəxslər və ailə üzvləri ilə görüşlər təşkil edilir.
Komissiyalar bir neçə istiqamət üzrə fəaliyyət göstərir. Fondun daimi üzvləri onların fəaliyyət istiqamətlərinə uyğun olan Təhsil, Səhiyyə, Sosial məsələlər, Maliyyə və hüquqi yardım komissiyalarında ictimai əsaslarla çalışırlar. Təşkilatımızın dəstək layihələrində mütəmadi iştirak edən insanlar və şirkətlər daimi və korporativ üzvlüyə dəvət alırlar. Dəvəti qəbul etdikləri təqdirdə könüllü olaraq komissiyalarda da fəaliyyət göstərirlər.
Fəaliyyətimizi facebook, instagram sosial şəbəkələri, youtube platforması və rəsmi saytımız üzərindən izləyə və layihələrimizə dəstək ola bilərsiniz.